Azərbaycanda bu işçilərin MAAŞI ARTDI
11 yanvar 2023 20:26 (UTC +04:00)

Azərbaycanda bu işçilərin MAAŞI ARTDI

“Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2023-cü il yanvarın 1-dən etibarən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin aylıq vəzifə (tarif) maaşları artırılıb.

Lent.az xəbər verir ki. bu barədə TƏBİB-dən məlumat verilib.

Əməkhaqqı artımı tibbi və qeyri-tibbi personalı əhatə edəcək.

Qeyd edək ki, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 97 215 işçi çalışır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13011
avatar

Oxşar yazılar