Azərbaycana 99 min doza bu peyvənddən gətiriləcək
13 oktyabr 2021 16:44 (UTC +04:00)

Azərbaycana 99 min doza bu peyvənddən gətiriləcək

Azərbaycana bu günədək 319 410 doza “Pfizer-Biontech” peyvənd dərman vasitəsi gətirilib.

Lent.az-ın məlumatına görə, bu barədə APA-ya İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.

 

Qeyd olunub ki, əlavə olaraq 99 000 doza peyvəndin oktyabr ayının sonuna qədər ölkəyə çatdırılması gözlənilir.

Digər məlumata görə, indiyə qədər ölkəyə 453 600 doza “AztraZeneca” peyvəndi gətirilib. Azərbaycan Özbəkistan, Bosniya və Herseqovina, Tacikistan və Qırğızıstana humanitar yardım kimi 170 000 doza “AstraZeneca” peeyvəndi göndərib.

# 1836
avatar

Oxşar yazılar