Ali məktəblərə  ixtisas seçimi   başladı
16 avqust 2022 09:56 (UTC +04:00)

Ali məktəblərə ixtisas seçimi başladı

Bu gündən I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər (o cümlədən subbakalavrlar) üçün ixtisas seçimi başlayır.

Bu barədə Lent.az-a Dövlət İmtahan Mərkəzindən xəbər verilib. İxtisas seçimi avqustun 28-nə qədər davam edəcək.

Abituriyentlər elektron ixtisas seçimi ərizəsinin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən “Məsləhət mərkəzləri”nə müraciət edə bilərlər.

# 1401
avatar

Oxşar yazılar