Akif Əlidən Xalq yazıçısına SƏRT REAKSİYA:  "Rahat otellərdə nağıl yazan..."
02 noyabr 2021 15:21 (UTC +04:00)

Akif Əlidən Xalq yazıçısına SƏRT REAKSİYA: "Rahat otellərdə nağıl yazan..."

Yazıçı-publisist Akif Əli Xalq yazıçısı Çingiz Abdullayevin müharibə ilə bağlı açıqlamasına sərt reaksiya verib.

Lent.az-ın məlumatına görə, o, bu barədə öz “Facebook” hesabında paylaşım edib.

Paylaşımda bildirlir: “Tanımadığım birisi deyib ki, guya birinci Qarabağ müharibəsi olmayıb... 
Mən də o vaxtlar Baş redaktor işlədiyim “Vətən səsi” qəzetinin 1991-92-ci illər sayında dərc olunmuş Cəbhə Xəbərlərindən bir-neçəsini arxivdən çıxardıb burda təqdim edirəm:


Deyirəm bəlkə o qanlı-qadalı illərdə, Vətənin dar günündə ölkədən qaçıb gedib haralardasa rahat otellərdə nağıl yazan, ara sakitləşəndə qayıdıb yuxarı başa keçən və indi də yenə nağıl danışan həmin kimsələr Birinci Qarabağ Müharibəsi zamanı cəbhədə qeyrətlə vuruşan, yaralanan, həlak olan, ev-eşiyindən didərgin düşən milyonların qarşısında utana…”.

Xatırladaq ki, Sumqayıtda keçirilən kitab yarmarkasında iştirak edən Çingiz Abdullayev çıxışında “I Qarabağ Müharibəsi olmayıb” açıqlaması verib.

Xalq yazıçısının bu açıqlaması ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb və o tənqid atəşinə tutulub. 
 

Çingiz Abdullayevin qalmaqallı AÇIQLAMASI

# 8694
avatar

Aytəkin Cəlali

Oxşar yazılar