Yeni laboratoriyaların açılması nəzərdə tutulur - TƏBİB
03 avqust 2020 17:47 (UTC +04:00)

Yeni laboratoriyaların açılması nəzərdə tutulur - TƏBİB

“May ayında yumşalmalardan sonra xəstə sayında artım olmuşdu. Ümid edirik ki, bu dəfə bu, baş verməyəcək. Ancaq bununla belə biz hazırlıqlı olmalıyıq”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

O, işlərin eyni qaydada davam etdirildiyini bildirib: “Çarpayı sayında artımlar olub. Yeni modul tipli xəstəxanalar açılıb. Yeni laboratoriyaların açılması da nəzərdə tutulur. Biz bütün qüvvəmizlə pandemiya ilə mübarizəyə hazır olmalıyıq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1945
avatar

Oxşar yazılar