Yeni Təhsil nazirini yaxından tanıyaq - YENİLƏNİB
27 iyul 2020 15:38 (UTC +04:00)

Yeni Təhsil nazirini yaxından tanıyaq - YENİLƏNİB

Təhsil naziri Emin Əmrullayev 1982-ci ildə anadan olub. 1999-2003-cü illərdə  Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında  dövlət idarəçiliyi üzrə bakalavr təhsili alıb.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində  ABŞ-ın Kolumbiya Universitetində dövlət  idarəçiliyi  üzrə magistr proqramını bitirib.

Bundan əlavə, Macarıstanın paytaxtı Budapeştdə magistr təhsili alıb, həmçinin bir çox beynəlxalq sertifikat proqramlarında iştirak edib.

2013-2014-cü illərdə Təhsil Nazirliyində Keyfiyyətin təminatı sektorunun müdiri, 2014-2020-ci illərdə Təhsilin inkişafı proqramları şöbəsinin müdiri vəzifələrində çalışıb. 2020-ci ilin yanvar ayından bugünədək Təhsil İnstitutunun direktoru vəzifəsini yerinə yetirib.

Emin Əmrullayev eyni zamanda gənclər sektoruna dair beynəlxalq layihələrin idarə olunmasında böyük təcrübəyə malikdir.

 Ailəlidir, 2 övladı var.

***

Saat: 13:42

Lent.az yeni təyin olunan Təhsil naziri haqqında qısa məlumatları təqdim edir.

Əldə etdiyimiz məlumata görə, Emil Əmrullayev Macarıstanın Budapeşt şəhərində Sənaye və Texnologiya Universitetindən təhsil alıb. Daha sonra ABŞ-da Vaşinqton Universitetinin magistraturasını Menecerlik ixtisası üzrə bitirib. Əslən qubalıdır.

38 yaşlı yeni nazir Avropa Tələbələr Forumu - Bakı İctimai Birliyinin həmtəsisçisi olub. Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri vəzifəsində çalışıb. Sonradan o, Ceyhun Bayramovun əmri ilə Təhsil İnstitutunun direktoru vəzifəsinə təyin edilib. Onun peşəkar təhsil işçisi kimi tanındığı bildirilir.

Ailəlidir, iki övladı var.

Xəbər yenilənəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 29698
avatar

Mehman Nəbiyev

Oxşar yazılar