Yaxın günlərdə temperatur yüksələcək? - AÇIQLAMA
11 avqust 2020 14:32 (UTC +04:00)

Yaxın günlərdə temperatur yüksələcək? - AÇIQLAMA

Hazırda ölkə ərazisində müşahidə olunan temperatur iqlim normasına yaxındır.

Bunu Lent.az-a açıqlamasında Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev deyib. 

Onun sözlərinə görə, yaxın günlərdə Bakıda və Abşeron yarımadasında ciddi istilər gözlənilmir.

A.Verdiyev bölgələrdəki tepmeratur barəsində də məlumat verib: “Azərbaycanın bölgələrində yaxın iki-üç gün ərzində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin bəzi şimal və qərb rayonlarında şimşək çağacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq və qərb küləkləri istiqamətini tez-tez dəyişəcək. Yəni, əsasən şərq və qərb küləkləri əsəcək. Arabir ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu Mərkəzi Aran rayonlarında gündüz 31-36 dərəcə arasında dəyişəcək. Dağlıq ərazilərdə isə 19-24 dərəcə isti gözlənilir.

Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında yaxın iki-üç gün ərzində dəyişkən buludlu və yağmursuz hava şəraiti müşahidə olunacaq: “Bakıda şimal-qərb küləyi üstünlük təşkil edəcək. Avqustun 14-də şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gündüz 28-32 dərəcə arasında dəyişəcək. Hazırda Bakıda və Abşeron yarımadasında müşahidə olunan temperatur iqlim norması daxilindədir.

A.Verdiyev bildirib ki, şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) suyun temperaturu 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx)  25-26 dərəcə təkil edəcək.

   

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 16864
avatar

Aygün İbrahimli

Oxşar yazılar