Valideynlər uşaqları məktəbə göndərib-gönlərməməkdə sərbəstdirlər - Nazir
27 avqust 2020 17:29 (UTC +04:00)

Valideynlər uşaqları məktəbə göndərib-gönlərməməkdə sərbəstdirlər - Nazir

"Valideynlərin uşaqları məktəbə göndərib-gönlərməmək hüququnu tanıyırıq”.

APA-nın məlumatına görə, bunu bu gün COVİD-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.

E. Əmrullayev deyib ki, valideynlər məktəbləri məlumatlandırmaqla övladlarının onlayn, yaxud qarışıq üsulla - həftədə məktəbə 2-3 dəfə gəlməklə, digər dərsləri virtual qaydada keçməsini təmin edə bilər: “Valideynlərin bu seçimini asanlaşdırmaq üçün xüsusən Bakı, Sumqayıt, Abşeron və Gəncədə mütəmadi məlumatlandırmanı təşkil etməyə çalışacağıq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3208
avatar

Oxşar yazılar