ÜST-dən bayramla bağlı TÖVSİYƏLƏR
31 iyul 2020 13:32 (UTC +04:00)

ÜST-dən bayramla bağlı TÖVSİYƏLƏR

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) müqəddəs Qurban bayramında müsəlmanların bir qayda olaraq, məscidlərdə və evlərdə toplaşdığını, qurban kəsdiyini və ətini yoxsullara payladığını nəzərə alaraq, ictimaiyyəti COVID-19 pandemiyası şəraitində ciddi təhlükəsizlik tədbirləri görməyə çağırıb.

Lent.az AZƏRTAC-a istinadən bildirir ki, ÜST-nin müraciətində insanın COVID-19 virusuna əsasən hava-damcı yolu ilə yoluxduğu xatırladılıb. Qeyd olunub ki, yoluxma, həmçinin insanın virusa yoluxmuş səthə toxunduqdan sonra əllərini yumadan və dezinfeksiya etmədən gözlərinə, burnuna və ya ağzına toxunduqda baş verə bilər. Eyni zamanda, COVID-19 virusunun insandan heyvana ötürülməsi halları mövcuddur. Doğrudur, elmi adı SARS-CoV-2 olan virusun yoluxmuş heyvanlardan insana keçməyə qadir olub-olmadığı hələ məlum deyil. Buna baxmayaraq, ev heyvanları ilə bağlı digər zoonoz xəstəliklərin insanlar arasında yayılması hallarını unutmaq olmaz.

ÜST bəyan edir ki, bəzi ölkələr insanlar arasında fiziki qarşılıqlı əlaqəni məhdudlaşdırmaq məqsədilə artıq tədbirlər görüblər. Həmin tədbirlərə məscidlərin bağlanması, böyük izdiham üzərində nəzarət, eləcə də hərəkət və yığıncaqlara dair digər məhdudiyyətlər daxildir. Bu tədbirlər, yoluxucu xəstəliklər, xüsusilə də böyük sayda insanların toplaşması ilə əlaqədar olan tənəffüs yollarının yoluxucu xəstəliklərinə nəzarətin əsas mexanizmləridir. Virusun nəzarət oluna biləcəyi yerdə bu tədbirlər tədricən yumşaldılır, lakin bəzi hallarda yoluxma hallarının artımı müşahidə olunub. Məsələn, Ramazan bayramının qeyd edildiyi Şərqi Aralıq dənizi ölkələrində yoluxma səviyyəsi artıb. Yeni yoluxma halları yaxınlara baş çəkmə, birgə ibadət və digər kütləvi tədbirlərlə əlaqədar idi.

Bu səbəbdən ÜST Qurban bayramı ilə bağlı tövsiyələrini təqdim edib:

- İzdihamdan çəkinmək, əl gigiyenası və mövcud vasitələrin təmizliyinə əməl etmək;

- Qurban kəsilməsi mərasimini ev şəraitində keçirməmək;

- Mərasimi həyata keçirmək üçün ailənin bir üzvünü təyin etmək;

- Xəstə ola biləcək heyvanları qurban kəsməmək;

- Heyvanları etibarlı təchizatçılardan sifariş etmək;

- Kasıbları qonaq edərkən lazımi məsafəni saxlamaq;

- Qurban kəsilməsini imkan daxilində mərkəzləşdirilmiş qaydada yerinə yetirmək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2005
avatar

Oxşar yazılar