Tullantı sularının təkrar emalına sahibkarlar da cəlb olunacaq
10 avqust 2020 16:15 (UTC +04:00)

Tullantı sularının təkrar emalına sahibkarlar da cəlb olunacaq

Tullantı sularının təmizlənərək texniki məqsədlər, o cümlədən suvarmada təkrar istifadə edilməsi və bu sahəyə özəl sektorun cəlb olunması üçün avqustun 14-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  (ETSN) təşkilatçılığı və maraqlı tərəflərin iştirakı ilə videoformatda görüş keçiriləcək.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, məqsəd bu istiqamətdə ixtisaslaşmış şirkətlərlə birgə əməkdaşlıq imkanlarını müzakirə etmək, sudan təkrar istifadə istiqamətində praktiki işləri sürətləndirmək və dövlət-özəl tərəfdaşlığı üzrə müvafiq iqtisadi mexanizmləri hazırlamaqdır.

Görüşdə iştirak etmək istəyən sahibkarlar və ya onların nümayəndələrindən adı, soyadı, təmsil etdiyi təşkilatın adı, qeydiyyat ünvanı barədə məlumatları [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur. Görüşün linki iştirakçıların poçt ünvanlarına göndəriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1924
avatar

Aygün İbrahimli

Oxşar yazılar