Tibb işçilərinə müddətli əlavənin verilməsi bu tarixədək uzadıldı
19 avqust 2020 16:07 (UTC +04:00)

Tibb işçilərinə müddətli əlavənin verilməsi bu tarixədək uzadıldı

“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin Qərarında dəyişiklik edilib. 

APA-nın məlumatına görə, baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il oktyabrın 1-dək olan müddət üçün ödəniləcək.

Qeyd edək ki, bu müddət 2020-ci il iyulun 1-dək müəyyən edilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3049
avatar

Oxşar yazılar