Təcili Yardıma həkim qəbulu elan olundu
29 iyun 2020 17:36 (UTC +04:00)

Təcili Yardıma həkim qəbulu elan olundu

Koronavirus (COVİD-19) xəstələrinə fasiləsiz və keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün Bakı şəhəri üzrə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyalarına yaşı 60-a qədər olan həkim anestezioloq-reanimatoloqlar və həkim-terapevtlər işə qəbul olunmaq üçün dəvət olunurlar.

Səhiyyə Nazirliyindən Lent.az-a bildiirlib ki, işə qəbulla bağlı müraciət edən şəxslər ərizə ilə [email protected] elektron ünvanına müraciət etməlidirlər.

Tələb olunan sənədlər:

Ərizə;

Şəxsiyyət vəsiqəsi;

Diplom;

İnternatura vəsiqəsi;

Sertifikat;

Əmək kitabçası.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6061
avatar

Aygün İbrahimli

Oxşar yazılar