Sürücülərin NƏZƏRİNƏ: Bakının mərkəzindəki bu yollarda...
30 iyun 2020 15:59 (UTC +04:00)

Sürücülərin NƏZƏRİNƏ: Bakının mərkəzindəki bu yollarda...

Bakının Neftçilər prospekti və Niyazi küçəsində bu gün axşam saat 23:00-dan sabah səhər saat 06:00-dək üfüqi nişanlanma xətlərinin yenilənməsi işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a verilən xəbərə görə, bu səbəbdən sürücülərdən qeyd olunan saatlarda sözügedən istiqamətdə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2053
avatar

Mehman Nəbiyev

Oxşar yazılar