İyunun 4-5-də “3-cü mikrorayon” dairəsi üzərindən keçən yol ötürücüsünə “20 yanvar” dairəsi istiqamətindən giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a verilən məlumata görə, məhdudiyyət aparılacaq təmir işləri ilə əlaqədardır.
Alternativ olaraq sürücülər prospektin köməkçi yolundan, həmçinin Asif Məhərrəmov, Ceyhun Səlimov və Əbdulvahab Salamzadə küçələrindən istifadə edə bilərlər.
Yarana biləcək müvəqqəti narahatlığa görə AAYDA vətəndaşlardan üzr istəyir.