Sabirabadın mərkəzində RƏZALƏT: "Bura virus, bakteriya mənbəyidir"
22 iyun 2020 14:25 (UTC +04:00)

Sabirabadın mərkəzində RƏZALƏT: "Bura virus, bakteriya mənbəyidir"

Sabirabad rayonunun mərkəzində yerləşən İlham İsgəndərov küçəsində əsil rəzalət yaşanır. Rayondakı mənbələrdən Lent.az-a daxil olan xəbərə görə, Qarabağ müharibəsi şəhidi İlham İsgəndərovun adını daşıyan küçəsində, habelə ətraf ərazilərdə zibil əlindən tərpənmək mümkün deyil.

“Günlərlə, bəzən bir ay zibil yığılıb qalır. Bura zibilxana deyil axı . Üfunətdən küçədən keçmək olmur. Virus, bakteriya mənbəyidi yayın bu istisində. Özü də koronavirusun belə geniş yayıldığı bir günlərdə”.

Mənbənin dediyinə görə, bu problem barədə , dəfələrlə Sabirabad rayon Sanitar Təmizlik Sahəsinə müraciət etsələr də, problemi həll edə bilməyiblər. Sahə rəhbərliyi ancaq vəd verməklə işini bitirmiş hesab edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3301
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar