Sabahın havası: BU İNSANLAR DİQQƏTLİ OLSUNLAR
21 avqust 2020 12:59 (UTC +04:00)

Sabahın havası: BU İNSANLAR DİQQƏTLİ OLSUNLAR

Avqustun 22-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 21-24,  gündüz  26-28, Bakıda  gecə 21-23, gündüz  26-28 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi normadan aşağı 752 mm civə sütunundan 755 mm  civə sütununa  yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 30-35 faiz olacaq.  

Abşeron çimərliklərində güclü şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı,  dolu düşəcəyi  gözlənilir. Ayrı-ayrı yerlərdə arabir güclü qərb küləyi əsəcək.

Havanın temperaturu  gecə 18-23, gündüz 29-34, dağlarda gecə 8-13, gündüz  13-16 dərəcə  isti olacaq.  

Tibbi-meteoroloji proqnoza görə, avqustun 22-də Abşeron yarımadasında güclü şimal-qərb küləyi fonunda temperaturun aşağı enəcəyi  gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1939
avatar

Aygün İbrahimli

Oxşar yazılar