Sabah hava necə olacaq? - PROQNOZ
18 avqust 2020 13:29 (UTC +04:00)

Sabah hava necə olacaq? - PROQNOZ

Avqustun 19-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 21-23,  gündüz  28-31, Bakıda  gecə 19-21, gündüz  28-30 dərəcə isti olacaq. Atmosfer  təzyiqi 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək,  nisbi rütubət gecə 60-75, gündüz 35-40 faiz təşkil edəcək.  

Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti təşkil edəcək.

Avqustun 19-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq.  Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 18-22, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz  14-17 dərəcə  isti olacaq.  

Tibbi-meteoroloji proqnoza görə, avqustun 19-da Abşeron yarımadasında komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2371
avatar

Aygün İbrahimli

Oxşar yazılar