Sabah bu ərazilərdə dolu gözlənilir - PROQNOZ
02 iyul 2020 13:33 (UTC +04:00)

Sabah bu ərazilərdə dolu gözlənilir - PROQNOZ

İyulun 3-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. 

Havanın temperaturu  Abşeron yarımadasında gecə 20-23,  gündüz 28-32, Bakıda gecə 20-22, gündüz  30-32 dərəcə isti olacaq. 

Atmosfer  təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət 60-70 faiz təşkil edəcək.  

Abşeron çimərliklərində cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22,Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti olacaq.  

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb  rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək.  

Havanın temperaturu  gecə 19-24, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz  20-25 dərəcə isti olacaq.   

Tibbi-meteoroloji proqnoza gəldikdə,  iyulun 3-4-də Abşeron yarımadasında sabit hava şəraiti və  iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5203
avatar

Aygün İbrahimli

Oxşar yazılar