Ramiz Alıyev: “Polisə qarşı qarayaxmaları “5-ci kalon” idarə edir”
12 avqust 2020 11:25 (UTC +04:00)

Ramiz Alıyev: “Polisə qarşı qarayaxmaları “5-ci kalon” idarə edir”

“Azərbaycan polisinə qarşı aparılan qarayaxmalar “5-ci kalon” tərəfindən idarə olunur".

Bu barədə İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının sədri Ramiz Alıyev lent.az-a açıqlamasında bildirib.  Ramiz Alıyev bildirib ki, bu günlərdə sosial şəbəkələr vasitəsi ilə Azərbaycan polisinə qarşı düşünülmüş və idarə olunan formada çirkab oyunlar aparılır:

“Hesab edirəm ki, bu oyunların və qarayaxmaların arxasında Azərbaycanda təxribatlar törətməyə cəhd edən “5-ci kalon” təmsilçiləri dayanır. Məqsəd, xalqın etimadını qazanan, ölkə Prezidentinə sədaqətlə xidmət edən, dövlətçiliyin qorunmasında müstəsna xidmətləri olan Azərbaycan polisinə ləkə vurmaq, onların bütün dövrlərdə, xüsusən də pandemiya dövründə apardıqları şərəfli xidmətlərinə kölgə salmağa cəhd etməkdir. “5-ci kalon” və onun nümayəndələri xarici ölkələrdə baş verən polis zorakılığını özündə əks etdirən foto və videogörüntüləri sosial şəbəkələrdə paylaşaraq Azərbaycanda baş vermiş hadisə kimi təqdim etməklə vətəndaşlarımızda polis əməkdaşlarına qarşı nifrət hissi yaratmağa çalışırlar. Çünki Azərbaycan polisi erməni lobbisinə xidmət edən bu cür vətən xainlərinə imkan vermir ki, onlara maliyyə ayıran düşmən ölkənin lobbisinin planları və arzuları həyata keçərək ölkəmizdə təxribat olsun, dövlətimiz “5-ci kalon”nun əlinə keçsin".

 

Ramiz Alıyev xatırladıb ki, COVİD-19 pandemiyası başlanıldığı ilk gündən dünyanın bütün ölkələrində polis-vətəndaş qarşıdurmaları baş verirdi və hətta bu, adi hala çevrilmişdi:

“Ancaq 2020-ci ilin mart ayından, ölkəmizdə pandemiya ilə bağlı karantin qaydaları tətbiq edilməyə başlanıldığı gündən Azərbaycan polisi vətəndaşlarımızın yanında oldu, pandemiya ilə mübarizədə həkimlərimizlə birlikdə ön cəbhədə gecə-gündüz, istirahət etmədən vuruşdu, ehtiyacı olan minlərlə aztəminatlı ailələrə maddi dəstək oldu. Öz aylıq maaşlarından bir hissəsini cənab Prezidentin çağırışına dəstək olaraq könüllü formada Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürdülər. Bütün bunlarla yanaşı, ölkə ərazisində ictimai asayişi ən yüksək formada  qorudular. Son olaraq iyulun 14-də vətəndaşlarımız ölkə Prezidentini və əsgərlərimizi dəstəkləmək məqsədi ilə təşkil etdikləri yürüşün sonunda bu “5-ci kalon”un təmsilçilərinin həyata keçirdiyi təxribatın qarşısını peşəkarlıqla aldılar və bir daha həm xalqımıza, həm də bütün dünyaya göstərmiş oldular ki, Azərbaycan polisi qətiyyətlidir, vətənpərvərdir, ölkə Prezidentinə və dövlətimizə sadiqdir. Və heç bir zaman imkan verməz ki, hansısa bir düşmən lobbiyə xidmət edən “5-ci kalon” və onun nümayəndələri ölkədə təxribat törədə bilsin. Azərbaycan polisi bir daha göstərmiş oldu ki, hər an xalqının keşiyində durmağı bacarır".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2620
avatar

Oxşar yazılar