Gənclər və İdman Nazirliyi və “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi avqustun 31-də Qubadlı rayonunu Ermənistanın işğalının 27-ci ildönümü ilə bağlı virtual təbliğat aksiyasına başlayıb.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin hazırladığı və birliyin rəsmi portalı (www.virtualkarabakh.az), Youtub kanalı (www.youtube.com/virtualkarabakhtv ) və rəsmi Facebook səhfəsində (www.facebook.com/virtualkarabakh/) Qubadlı rayonu və onun işağılının acı nəticələri ilə bağlı məlumatlar, infoqrafikalar, filmlər, digər foto və video materiallar təqdim olunub. Aksiya çərçivəsində gənclər qeyd olunan məlumatlarla tanış ola, eyni zamanda, aktiv şəkildə müxtəlif sosial şəbəkələrdə paylaşa bilərlər.
Aksiya zamanı aşağıdakı həştəqlərdən istifadə olunacaq:
#Qubadlı #Gubadli #Губадли #Qubadlısız27il #27yearswithoutGubadli #Azərbaycan #Qarabağ #Azerbaijan #Karabakh #Азербайджан #Карабах #KarabakhConflict #Knowarmenia #StopArmenianAggression #StopArmenianOccupation #ArmenianTerrorists #armenianvandalism #KarabakhNow #armenia #армения #OSCE #ARGİN #MYS #AllforKarabakh #KarabakhisAzerbaijan