Payız aylarında yoluxmanın artacağı ilə bağlı proqonozlar var - TƏBİB
03 iyul 2020 17:35 (UTC +04:00)

Payız aylarında yoluxmanın artacağı ilə bağlı proqonozlar var - TƏBİB

“REACD-19 layihəsi bitsə də, Türkiyədə çalışan həmin həmvətənlərimiz Azərbaycanda qalaraq, fəaliyyətlərini davam etdirirlər”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, rəylərin alınması üçün xarici ölkələrdən bir sıra məşhur həkimlər dəvət olunub: “Onlar bizim tətbiq etdiyimiz protokolların düzgün olduğunu bildirib, yeni tövsiyələr veriblər. Payız aylarında yoluxmanın artacağı ilə bağlı proqonozlar da var. Əgər payız aylarında koronavirusla bağlı müsbət nəticəyə nail olmasaq, xəstəxanaların üzərinə düşən yük arta və ağır nəticələr ola bilər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5398
avatar

Oxşar yazılar