Öz maşınında maska taxmayan sürücüyə cərimə yazılıb? - RƏSMİ CAVAB
30 iyun 2020 16:34 (UTC +04:00)

Öz maşınında maska taxmayan sürücüyə cərimə yazılıb? - RƏSMİ CAVAB

Sosial şəbəkədə maska taxmayan sürücünün cərimlənməsi ilə bağlı məlumatlar paylaşılıb. Həmin məlumatda bildirilir ki, radar maskadan istifadə etməyən sürücünün şəklini çəkib və telefonuna 50 manat cərimə olunması ilə bağlı protokol göndərilib. Bəs görək, yayılan məlumatlar həqiqətə uyğundurmu?

Məsələ ilə bağlı Lent.az-a danışan Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyevin sözlərinə görə, həmin sürücüyə elektron protokolun göndərilməsi yalandır:

"Şəxsi maşında maskadan istifadə etməyən şəxslərə hər hansı cəza nəzərdə tutulmayıb. Ancaq yayılan məlumatlarda görürük ki, protokolda İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən cərimələnib ki, bu da askadan istifadə etməməyə görədir. Ancaq o protokol elektron olaraq, göndərilməyib. Yol polisi inspektoru sürücünü saxlayıb və cərimə yazıb. Cərimənin hansı şəraitdə yazılmasını isə hazırda araşdırırıq".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 18823
avatar

Mehman Nəbiyev

Oxşar yazılar