On rayon və şəhər sərt karantin rejimi zonasından çıxarılır
29 avqust 2020 10:20 (UTC +04:00)

On rayon və şəhər sərt karantin rejimi zonasından çıxarılır

Virusa yoluxma dinamikasına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Yevlax şəhərləri və Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları 2020-ci il 31 avqust tarixdən etibarən sərt karantin rejimi zonasından çıxarılır.

APA-nın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, yoluxma hallarının yüksək olduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda bəzi əlavə məhdudiyyətlər hələ davam edəcəkdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1846
avatar

Oxşar yazılar