Ohanyanın Qarabağda ağır yaralanan oğlu öldü
16 noyabr 2020 16:53 (UTC +04:00)

Ohanyanın Qarabağda ağır yaralanan oğlu öldü

Ermənistan ordusunun hərbi qulluqçuları Ermənistanın 8-ci Müdafiə rayonunun komandiri, Ermənistanın keçmiş Müdafiə naziri Seyran Ohanyanın oğlu Artur Ohanyanın ölməsi barədə məlumat paylaşıb.
 
Lent.az ordu.az-a istinadla xəbər verir ki, onun cəsədi artıq Ermənistana aparılıb.

Qeyd edək ki, Artur Ohanyan oktyabrın 7-də Azərbaycan ordusunun əks-hücum əməliyyatları zamanı ağır yaralanmışdı. Onun iki ayağı da amputasiya olunmuşdu.

Xatırladaq ki, Şuşa uğrunda döyüşlərdə Seyran Ohanyanın özünün də yaralandığı barədə məlumatlar yayılmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1770

Oxşar yazılar