Naziri 60 yaşdan yuxarı müəllimlərin dərs yükü məsələsinə aydınlıq gətirdi
27 avqust 2020 18:34 (UTC +04:00)

Naziri 60 yaşdan yuxarı müəllimlərin dərs yükü məsələsinə aydınlıq gətirdi

60-65 yaş arasında olan müəllimlərin dərs yükünün dəyişməsindən söz gedə bilməz. 

APA-nın məlumatına görə, bunu yeni tədris ilinin açılmasına həsr olunan mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib. 

Onun sözlərinə görə, həmin müəllimlərin dərs yükü müvafiq qaydada qalacaq, yəni onların yaşına görə dərs yükünün müəyyənləşdirilməsi meyarı yoxdur: “60 yaşdan yuxarı olan müəllimlərin sayı cəmi 12 faiz təşkil edir. Düşünmürəm ki, həmin müəllimlərin əvəz edilməsi ilə bağlı ciddi problem olsun. Onların dərs yükü dəyişməyəcək və əmək haqları da müvafiq qaydada qalacaq”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6916
avatar

Oxşar yazılar