Müəllim işləmək istəyənlərin imtahan vaxtı AÇIQLANDI
07 avqust 2020 18:19 (UTC +04:00)

Müəllim işləmək istəyənlərin imtahan vaxtı AÇIQLANDI

Avqustun 14-dən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start veriləcək.

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, bu mərhələdə 46 228 namizəd iştirak hüququ qazanıb. Müvafiq ixtisas üzrə test imtahanının keçiriləcəyi tarix və yer barədə məlumat namizədlərin şəxsi səhifələrinə mərhələli qaydada göndəriləcək.

Test imtahanlarının Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilməsi nəzərdə tutulub. İmtahanlar təxminən 18 gün davam edəcək. Namizədlərə ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim ediləcək.

İmtahanlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair” metodiki göstərişləri nəzərə alınmaqla imtahan iştirakçıları üçün hazırlanmış təlimata uyğun təşkil ediləcək. İmtahana gələn namizədlərin şəxsi səhifələrində qeyd olunacaq vaxtdan 1 saat əvvəl imtahan təşkil edilən mərkəzdə olmaları zəruridir. Namizədlər tibbi maskada olmalı, şəxsiyyəti təsdiq edən sənədin əslini və şəxsi səhifədən çıxarışı özləri ilə gətirməlidirlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 30916

Oxşar yazılar

Naxçıvan, İstanbul və Mərkəzi Asiya ölkələrinə uçuşların sayı artırılır

Naxçıvan, İstanbul və Mərkəzi Asiya ölkələrinə uçuşların sayı artırılır

14 iyun 2025 , 18:27
AZAL bir neçə reysi LƏĞV ETDİ

AZAL bir neçə reysi LƏĞV ETDİ

14 iyun 2025 , 15:26
Güclü külək əsəcək  - NARINCI XƏBƏRDARLIQ

Güclü külək əsəcək - NARINCI XƏBƏRDARLIQ

14 iyun 2025 , 14:13
Xankəndidə 37 il sonra  "Son zəng" çalındı

Xankəndidə 37 il sonra "Son zəng" çalındı

14 iyun 2025 , 13:11
Azərbaycan məktəblərində "Son zəng" - FOTOLENT

Azərbaycan məktəblərində "Son zəng" - FOTOLENT

14 iyun 2025 , 13:02
Niyə günəş eynəyini hətta buludlu havada da taxmaq lazımdır?

Niyə günəş eynəyini hətta buludlu havada da taxmaq lazımdır?

14 iyun 2025 , 12:46
Sabah güclü leysan  yağacaq - PROQNOZ

Sabah güclü leysan yağacaq - PROQNOZ

14 iyun 2025 , 12:43
Bilik açarını o aldı -  VİDEO

Bilik açarını o aldı - VİDEO

14 iyun 2025 , 12:10