Sərt karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonda əhaliyə məişət xidmətləri göstərən obyektlərin fəaliyyəti avqustun 10-u saat 00.00-dan etibarən bərpa olunub.
APA-nın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın sərt karantin rejiminin yumşaldılması istiqamətində qəbul etdiyi növbəti tədbirlər paketinə əsasən, Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində əhaliyə məişət xidmətləri göstərən obyektlərin fəaliyyətinə bu gündən icazə verilir.