Milli Parkda ov edən saxlanıldı
13 may 2020 16:42 (UTC +04:00)

Milli Parkda ov edən saxlanıldı

Qızılağac Milli Parkının əməkdaşları milli parkın su-bataqlıq ərazisində ov edən şəxsi saxlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, araşdırma zamanı brakonyerin Masallı rayonu, Xırmandalı kənd sakini İsaq Qasimov olduğu məlum müəyyənləşdirilib. Ondan ov tüfəngi və ovlanmış 2 çöl donuzu götürülüb.

Təqsirkar şəxs barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Lənkəran rayon Polis Şöbəsinə müraciət olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2872
avatar

Aygün İbrahimli

Oxşar yazılar