Bakı Nəqliyyat Agentliyi sürücülərin, texniki işçilərin və qarajdakı digər əməkdaşların rifah halının yaxşılaşdırılmasını və onların sosial haqlarının qorunmasını diqqət saxlayır. Bunun əhaliyə keyfiyyətli xidmətin göstərilməsi baxımından əhəmiyyətini nəzərə alaraq daim bu istiqamətdə tədbirlər həyata keçirilir.
BNA-dan Lent.az-a verilən məlumata görə, mövcud pandemiya zamanı isə bu məsələlərə xüsusi həssaslıqla yanaşılır. Pandemiya zamanı BNA-da əmək müqaviləsi üzrə 6 nəfər, xidməti müqavilə əsasında isə 24 nəfər işə qəbul olunub.
Pandemiya dövründə “BakuBus”da 103 nəfərə yaxın sürücü işə qəbul olunub. 8 saatlıq iş rejimində çalışan həmin şəxslərin əmək qanunvericiliyinə uyğun bütün sosial hüquqları qorunur, sosial sığorta haqları ödənilir, həyat və tibbi sığorta ilə təmin olunublar. 38 nəfər isə sürücü vəzifəsinə qəbul üçün seçilərək Sürücü Təlim Mərkəzində təlimlərə cəlb olunub. Son 6 ayda isə “BakuBus” MMC-də ümumilikdə 191 nəfər sürücü kimi işlə təmin edilib.
Sərt karantin müddətində ödənişli ictimai işlər də təşkil edilib. 103 nəfər könüllü ilə xidməti müqavilə imzalanıb. Sərnişinlərin karantin qayadalarına əməl etməsinə nəzarət edən həmin şəxslər təxminən 450 azn-ə yaxın əmək haqqı ilə təmin olunub.
İşçi qəbulu nağdsız ödəniş sisteminə keçidin əsas kompanenti kimi ortaya çıxan Mərkəzləşdirilmiş Vahid Dispetçer Xidməti üzrə də aparılır. Müsabiqə yolu ilə keçiriləcək işə qəbul nəticəsində təxminən 50 nəfər daimi işlə təmin olunacaq. Ənənəvi dispetçerlərdən fərqli olaraq onlar ofis şəraitində müasir informasiya texnologiyalarının imkanlarından istifadə etməklə fəaliyyət göstərəcək.
“BakuBus” MMC-də 20 nəfər xətt dispetçerinin heç bir səbəb olmadan işdən çıxarılmasına dair məsələyə də aydınlıq gətirərək bildiririk ki, onlardan 6 nəfəri öz ərizəsi əsasında işdə azad edilib. Digər 14 nəfərlə isə bağlanan xidməti müqavilənin müddəti bitdiyindən uzadılması məqsədəmüvafiq hesab edilməyib. Həmin şəxslər dayanacaqda nəzarət tədbirlərini düzgün qurmayaraq sürücülərin xəttə çıxışını düzgün tənzimləməyiblər. Bu da hərəkət qrafikində nizamsızlığa səbəb olub.