İyul ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan 1-2 dərəcə yüksək olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər az olacaq.
Bakıda və Abşeron yarımadasında iyul ayının birinci ongünlüyündə hava şəraitinin mülayim, isti keçəcəyi, cənub küləyinin üstünlük təşkil Orta aylıq temperaturun 27-29 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2 dərəcə yüksəkdir.
Gecələr temperatur 22-27, gündüzlər 29-34, bəzi günlərdə 37-40 dərəcə isti təşkil edəcək.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 2-3 mm) Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 26-29 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir.
Gecələr temperatur 20-25, gündüzlər 31-36, bəzi günlərdə 38-43 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 6-16 mm) olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında orta aylıq temperaturun 19-23 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir.
Gecələr temperatur 15-20, gündüzlər 22-27, bəzi günlərdə 30-33 dərəcə isti təşkil edəcək.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 36-73 mm) Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 26-28 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2 dərəcə yüksəkdir.
Gecələr temperatur 21-26, gündüzlər 30-35, bəzi günlərdə 38-40 dərəcə isti təşkil edəcək.
Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 10-32 mm) olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 23-26 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir.
Gecələr temperatur 18-23, gündüzlər 28-33, bəzi günlərdə 35-38 dərəcə isti olacaq.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 9-118 mm) gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 27-30 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2 dərəcə yüksəkdir.
Gecələr temperatur 23-28, gündüzlər 31-36, bəzi günlərdə 38-43 dərəcə isti təşkil edəcək.
Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 3-22 mm) olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 24-27 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir.
Gecələr temperatur 20-25, gündüzlər 29-34, bəzi günlərdə 36-38 dərəcə isti olacaq.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 7-33 mm) gözlənilir.