“Şagird və abituriyentlərin yaşadığı bina, imtahan verdikləri binalar seçilərkən lokallaşdırmaya üstünlük verilib, imtahan binaları onların yaşadıqları binalara yaxın ərazilərdədir”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə bildirib.
Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri deyib ki, abituriyentlərin imtahanlara özlərinin getməsi tövsiyə olunur: “Ya da abituriyentləri valideynlərdən biri müşahidə edə bilər”.