Höküməli bələdiyyəsi cəzalandırıldı - ZİBİLƏ GÖRƏ
27 avqust 2020 16:42 (UTC +04:00)

Höküməli bələdiyyəsi cəzalandırıldı - ZİBİLƏ GÖRƏ

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı Abşeron rayonu Hökməli qəsəbəsinin Atyalı yaşayış massivində məişət tullantılarının qanunvericiliyə uyğun idarə edilmədiyi və qalaqlandığı aşkar edilib.

Xidmətdən Lent.az-a bildirilib ki, araşdırma zamanı Hökməli bələdiyyəsinin ərazisində məişət  tullantılarının qalaqlanmasının artıq bir neçə dəfə  təkrar olunduğu, bununla bağlı bələdiyyə rəhbərliyi qarşısında ciddi tələblər qoyulduğu, lakin  lazımi tədbirlərin görülmədiyi müəyyən edilib.

Ərazinin qısa vaxt ərzində tullantılardan təmizlənməsi məqsədilə bələdiyyəyə daha bir məcburi göstəriş verilib.

Dəfələrlə olunan xəbərdarlıqlara baxmayaraq ərazidə yenə də tullantıların düzgün idarə edilmədiyi və qalaqlandığı üçün Hökməli bələdiyyəsi barəsində akt və protokol tərtib olunub,  bələdiyyənin hüquqi şəxs qismində 6500 manatdan 8000 manatadək cərimələnməsi üçün toplanmış materiallar Abşeron rayon Məhkəməsinə göndərilib.

 

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2071
avatar

Aygün İbrahimli

Oxşar yazılar