Havanın temperaturu yüksəlir - PROQNOZ
20 avqust 2020 13:16 (UTC +04:00)

Havanın temperaturu yüksəlir - PROQNOZ

Avqustun 21-də  gözlənilən hava  şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi  gözlənilir. Şimal-qərb küləyi əsəcək, axşam arabir güclənəcək. 

Havanın temperaturu  Abşeron yarımadasında gecə 19-22,  gündüz  32-35,  Bakıda  gecə 21-23, gündüz  32-34 dərəcə isti olacaq. 

Atmosfer  təzyiqi normadan aşağı 755 mm civə sütunundan 751 mm  civə sütununa enəcək,  nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz təşkil edəcək.  

Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək, axşam arabir güclənəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi  gözlənilir. Səhər dağlarda duman olacaq.  Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu  gecə 18-23, gündüz 32-37, dağlarda gecə 9-14, gündüz  16-21 dərəcə  isti təşkil edəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4048
avatar

Aygün İbrahimli

Oxşar yazılar