Havanın temperaturu enəcək - XƏBƏRDARLIQ
01 avqust 2020 17:22 (UTC +04:00)

Havanın temperaturu enəcək - XƏBƏRDARLIQ

Avqustun 2-si axşamdan avqustun 4-dək Bakıda və Abşeron yarımadasında  şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-18 m/s, arabir 20-25 m/s olacağı, gündüz yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi gözlənilir.  

Bu barədə Lent.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Məlumata görə, avqustun 2-də Azərbaycanın şimal və qərb rayonlarında, avqustun 3-də isə əksər rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, avqustun 2-də gündüz və avqustun 3-də küləyin sürəti 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək. 

Havanın temperaturu avqustun 3-də 3-6 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur. 

Qeyri-sabit hava şəraiti avqustun 4-ü gündüzədək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7756
avatar

Oxşar yazılar