Dağıstandan daha 250 Azərbaycan vətəndaşı gətirildi
30 iyun 2020 18:18 (UTC +04:00)

Dağıstandan daha 250 Azərbaycan vətəndaşı gətirildi

“Digər ölkələrdən də çarter reyslərinin həyata keçirilməsi planlaşdırılır”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, bu, həmin ölkələrdəki tendensiyalarla bağlıdır: “İstanbuldan belə reyslər təşkil olunur. Həmin şəxslər iki həftə evdən çıxmamaq barədə iltizam verir, onlara evdən çölə çıxmaq üçün SMS icazə verilmir. Dağıstandan gələnlər üçün də belə qayda var. Bu gün də 250 nəfər Dağıstandan quru sərhədini keçib. Onlar xüsusi ayrılmış avtobuslar vasitəsilə sərhədi keçiblər. Rusiyadan gətirilənlər Fövqəladə Hallar Nazirliyi tərəfindən Rusiya Federasiyası ilə sərhəddə - Qusar rayonunun ərazisində yerləşən "Samur" sərhəd-keçid məntəqəsinin yaxınlığında yaradılmış qəbul-çeşidləmə məntəqəsinə yerləşdirilib. Onlar ilk olaraq müvafiq tibbi yoxlamadan keçirilib”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1996
avatar

Oxşar yazılar