DİM-in inzibati binalarında vətəndaşların qəbulu dayandırıldı
09 iyun 2020 14:48 (UTC +04:00)

DİM-in inzibati binalarında vətəndaşların qəbulu dayandırıldı


Buraxılış (qəbul) imtahanlarının keçirilməsi ilə əlaqədar 10 və 11 iyun tarixlərində DİM-in bütün inzibati binalarında vətəndaşların qəbulu dayandırılır.

DİM-dən APA-ya bildirilib ki, vətəndaşların qəbulu 12 iyun və daha sonrakı iş günlərində (imtahan günləri istisna olmaqla) davam etdiriləcək.

Xatırladaq ki, DİM-in Bakı şəhərində yerləşən inzibati binalarında və rayonlarda yerləşən regional bölmələrində vətəndaşların qəbulu Mərkəzin internet saytı vasitəsilə yalnız əvvəlcədən onlayn növbə götürməklə həyata keçirilir.

Vətəndaşlardan yalnız zəruri hallarda onlayn növbə götürmək və xidmət mərkəzlərinə yaxınlaşmaq xahiş olunur.

Tibbi maskasız müraciət edənlərin qəbulu həyata keçirilmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1555
avatar

Oxşar yazılar