Çimərlikdə araq içənlərə xəbərdarlıq olundu
11 avqust 2020 15:25 (UTC +04:00)

Çimərlikdə araq içənlərə xəbərdarlıq olundu

Çimərliklərdəki mövcud vəziyyətə nəzarət məqsədi ilə Bakı şəhər İcra Hakimiyyəti və aidiyyatı qurumların nümayəndələri gündəlik reydlər keçirir və maarifləndirmə işləri aparırlar.

Bakı şəhər İcra Hakimiyyətindən Lent.az-a verilən məlumata görə, reydlər nəticəsində aşkar edilmiş çatışmamazlıqlarla bağlı müvafiq tədbirlər görülür.

Bildirilir ki, ictimai çimərliklərdə spirtli içkilərin satışı və gətirilməsinin qadağan edilməsinə baxmayaraq reyd zamanı vətəndaşlardan 5 nəfərin özləri ilə çimərliyə spirtli işki gətirərək içdikləri aşkarlanıb.

Həmin şəxslərə bunun yolverilməz olduğu və içkili şəkildə dənizdə çimməyin qadağan edildiyi ilə bağlı xəbərdarlıq edilib.

Həmçinin “Şıx” çımərlik zonasındakı özəl çimərliklərin birində vətəndaş Həsrət Cəfərov tərəfindən məişət və digər tullantıların həm dənizə, həm də çimərlik ərazisinə atıldığı müəyyən edilib. O, cərimə edilib.

Bakı şəhər İcra Hakimiyyəti və DİN əməkdaşları tərəfindən çimərliklərin cavabheh şəxsləri ilə söhbətlər aparılıb.

Qeyd olunub ki, karantin şəraitinin pozulması və antisanitariya vəziyyətinə yol verilən çimərliklər barədə ciddi ölçü götürüləcək.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2581
avatar

Aygün İbrahimli

Oxşar yazılar