2020-ci il 4 iyul saat 00:00-dan 20 iyul saat 06:00-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır.
Bu barədə APA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Məlumata görə, xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda aşağıdakı tarixlərdə həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır:
4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-dək;
11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək;
18 iyul 00:00-dan 20 iyul saat 06:00-dək.