Bakının bir sıra yerlərində suyun verilməsində məhdudiyyət yaranacaq.
Lent.az xəbər verir ki, bu barədə "Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı özünün "Facebook" profilində məlumat paylaşıb. Paylaşımda bildirilri ki, Bakının mərkəzi hissəsini qidalandıran magistral su kəmərinin Sulutəpə qəsəbəsi ərazisindən keçən hissəsində baş vermiş qəza ilə əlaqədar Səbail, Yasamal, Nəsimi və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində sabah səhər saatlarına qədər məhdudiyyətlər olacaq. "Azərsu" ASC-nin qəza briqadaları, xüsusi texnikası əraziyə cəlb edilib və qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.