Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru Yusif Alıyev tələbələrin online dərslərdə iştirakı üçün maraqlı addım atıb.
Lent.az-ın məlumatıa görə, bu barədə sosial şəbəklərədə məlumat yayılıb. Məlumata görə, o, internet balansı olmayan tələbələrin siyahısını hazırladaraq, onların onlayn dərslərə qoşulması üçün internet balanslarını artırmaq məqsədilə özünün aylıq maaşından 400 manat ayırıb. Beləlikləi, artıq filialın qeydiyyata alınmış 100-ə yaxın tələbəsinə internet paketi yüklənilib. Bununla da tələbələrin online dərslərdə iştirakları təmin edilib.