Azərbaycanda yol çəkilişi zamanı qədim tarixi abidə tapıldı
12 avqust 2020 09:33 (UTC +04:00)

Azərbaycanda yol çəkilişi zamanı qədim tarixi abidə tapıldı

Azərbaycan Prezidenti İlham Əliyevin 31 iyul 2020-ci il tarixli müvafiq Sərəncamı əsasında İsmayıllı rayonunda Basqal–Qıçatan–Tağlabiyan-Kəlfərəc-Zeyvə–Kürdüvan–Xankəndi–Mücü–Sərsurə–Kələzeyvə–Sulut avtomobil yolunun tikintisinə başlanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, yolun Kürdüvan kəndindən keçən hissəsində görülən tikinti işləri zamanı eramızdan əvvəl və bizim eraya aid yüzə yaxın məişət qabları, bəzək əşyaları, sikkələr və eləcə də tikili qalıqları tapılıb.

Əraziyə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin İsmayıllı rayonu üzrə nümayəndələri baxış keçirib, aşkarlanan tapıntılarla tanış olublar.

Məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına müvafiq rəsmi müraciətlər olunub. Artıq sözügedən ərazi məhdudlaşdırıcı giriş lenti ilə bağlanıb, mülki şəxslər və polis əməkdaşları tərəfindən mühafizəsi təmin olunub.

Qeyd edək ki, Sara Aşurbəyli "Şirvanşahlar dövləti" haqqında əsərində orta əsr mənbələrinə əsasən Kürdüvan əhalisini "Şirvanşahların xəzinə rəncbərləri" olaraq qeyd edib. Ehtimal edilir ki, bu ərazidə olan tikili həmin dövrlərə aid məscidin qalıqlarıdır. Xankəndi inzibati ərazi dairəsinə daxil olan Kürdüvanda orta əsrlərə aid məscid olduğu bildirilir. Yerli sakinlərin sözlərinə görə həmin məscid məhz bu ərazidə yerləşib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2713
avatar

Oxşar yazılar