Azərbaycanda daha 556 nəfərdə COVID-19 aşkarlandı: 7 nəfər ölüb
30 iyun 2020 18:00 (UTC +04:00)

Azərbaycanda daha 556 nəfərdə COVID-19 aşkarlandı: 7 nəfər ölüb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 556 yeni yoluxma faktı qeydə alınıb, 346 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 17 524 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 9 715 nəfər müalicə olunaraq sağalıb, 213 nəfər vəfat edib, 7 596 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 645, ötən müddət ərzində isə ümumilikdə 482 170 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10375
avatar

Oxşar yazılar