Azərbaycanda daha 534 nəfərdə COVID-19 aşkarlandı: 6 nəfər vəfat edib
04 iyul 2020 19:45 (UTC +04:00)

Azərbaycanda daha 534 nəfərdə COVID-19 aşkarlandı: 6 nəfər vəfat edib


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 534 yeni yoluxma faktı qeydə alınıb, 471 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 19801 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 11291 nəfər müalicə olunaraq sağalıb, 241nəfər vəfat edib, 8269 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6846, ötən müddət ərzində isə ümumilikdə 509811 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8230
avatar

Oxşar yazılar