“Ev şəraitində doğulan uşaqların aşkar olunması sahəsində bir sıra işlər görülüb, maarifləndirmə işləri aparılıb”.
APA-nın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova deyib.
O bildirib ki, 2019-cu ildə 148, 2020-ci ilin altı ayı ərzində 83 körpə ev şəraitində doğulub.
“139 körpənin sənədləşmə işi həyata keçirilib, qalanlarının valideynlərinə isə doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsində hüquqi yardım göstərilib”, - xidmət rəisi vurğulayıb.