“Cəmiyyətdə yayılan xəstəliklər penitensiar müəssisələrdə olan məhbuslar arasında da var. Cəmiyyətdə hansı xəstəliklər üstünlük təşkil edirsə, pentensiar müəssisələrdə də həmin xəstəliklər üstünlük təşkil edir”.
APA-nın məlumatına görə, bunu Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəisi müavini İftixar Qurbanov deyib.
O qeyd edib ki, görülmüş tədbirlər, aparılan müayinə, diaqnostika, müalicə metodları hesabına əvvəlki illərlə müqayisədə xəstəliklərdən ölüm halları dəfələrlə azalıb. “Xəstəliklərdən ölüm halları üzrə ötən ilin nəticələrini əvvəlki illərlə müqayisə etsək, ölüm halı 1995-ci ilə nəzərən 15 dəfə, 2000-ci ilə nəzərən 2.7 dəfə, 2010-cu ilə nəzərən 1.2 dəfə azalıb. Bu müqayisə ilbəil müsbət dinamika üzrə artır. Bu ilin yarım ili müqayisədə ölüm halları ötən ilin yarım ili müqayisədə isə nəzərəçarpacaq dərəcədə azalıb”.