Müəllif Hüquqları Agentliyində Akkreditasiya Komissiyası yaradılacaq
Nazirlər Kabineti “Müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların qeydiyyatdan (akkreditasiyadan) keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında qərar verib. Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, təşkilatın akkreditasiyası Müəllif Hüquqları Agentliyi tərəfindən həyata keçirilir.
Qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmış və müxtəlif hüquqlar və hüquq sahiblərinin müxtəlif kateqoriyaları üzrə ayrı-ayrı təşkilatlar, yaxud bir kateqoriyadan olan hüquq sahiblərinin müxtəlif hüquqlarını və ya müxtəlif kateqoriyadan olan hüquq sahiblərinin bir növ hüquqlarını idarə edən təşkilatlar akkreditasiyadan keçməlidirlər. Təşkilat Agentlik tərəfindən 5 il müddətinə akkreditasiya olunur.
Təşkilatın akkreditasiyası üçün Müəllif Hüquqları Agentliyində Akkreditasiya Komissiyası yaradılır. Komissiyanın tərkibi Müəllif Hüquqları Agentliyinin sədri tərəfindən təsdiq edilir. 2.2. Komissiyanın işinə Agentliyin məsul işçiləri, əlaqədar dövlət orqanları və istifadəçi təşkilatların nümayəndələri, hüquq sahibləri, həmçinin müvafiq sahələr üzrə ekspertlər cəlb edilə bilər. Komissiyanın iclası onun üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir. İclasın keçirilmə tarixi, yeri və müzakirəyə çıxarılan məsələlər barədə Komissiya üzvlərinə rəsmi qaydada məlumat verilir və həmin informasiya Komissiyanın iclasının keçirilmə tarixindən 30 iş günü əvvəl Agentliyin internet saytında yerləşdirilir.
Komissiyanın iclaslarında müzakirə olunan məsələlər açıq səsvermə qaydasında sadə səs çoxluğu ilə qəbul edilir. Sədr sonuncu səs verir və səslər bərabər olduqda, sədrin səsi həlledici sayılır. Komissiyanın qərarları iclasda iştirak etmiş Komissiya üzvlərinin hər biri tərəfindən imzalanır. Komissiya üzvləri qəbul edilmiş qərar barədə xüsusi rəylərini yazılı şəkildə qərara əlavə edə bilərlər. Təşkilatın akkreditasiyası barədə Komissiyanın qərarı Agentliyin əmri ilə rəsmiləşdirilir.
Akkreditasiya üçün ərizə təşkilatın rəhbəri, yaxud onu əvəz edən vəzifəli şəxs tərəfindən imzalanaraq, özü və ya onun müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən Agentliyə təqdim edilməlidir. Ərizə poçt vasitəsilə də göndərilə bilər. Ərizə təşkilatın möhürü ilə təsdiqlənməlidir. Ərizəçi Komissiyanın iclasının keçirildiyi tarixədək ərizəsini geri götürmək hüququna malikdir. Akkreditasiya üçün ərizədə aşağıdakı məlumatlar göstərilir:
- ərizəçinin adı, hüquqi ünvanı, əlaqə telefonları;
- hüquq sahiblərinin kateqoriyaları, kollektiv əsasda idarəetməyə verilmiş hüquqların əhatə dairəsi və müddəti.
Ərizəyə aşağıda göstərilən sənədlər və məlumatlar əlavə edilməlidir:
- təşkilatın təsis edilməsi barədə sənədin (nizamnamənin) notariat qaydasında təsdiq edilmiş surəti;
- vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surəti;
- əmlak hüquqlarını kollektiv əsasda idarə etmək səlahiyyətinin verilməsi barədə hüquq sahibləri ilə bağlanmış müqavilələrin notariat qaydasında təsdiq edilmiş surətləri (müqavilədə hüquq sahibinin adı, soyadı, atasının adı, əsərdən və ya əlaqəli hüquqların obyektlərindən istifadə üsulları (müqavilə üzrə verilən konkret hüquqlar), hüquqların verildiyi müddət və ərazi, qonorar ödənişi ilə bağlı şərtlər və tərəflərin rekvizitləri dəqiq göstərilməklə);
- əsərlərdən və ya əlaqəli hüquqların obyektlərindən istifadəyə görə müəllif müqavilələrinin (müstəsna və qeyri-müstəsna lisenziya) notariat qaydasında təsdiq edilmiş surətləri və onların siyahısı;
- əmlak hüquqlarını kollektiv əsasda idarə etmək səlahiyyətini təşkilata üzv olmaqla vermiş hüquq sahiblərinin təsdiq edilmiş siyahısı;
- təşkilatın eyni sahədə fəaliyyət göstərən xarici təşkilatlarla bağladığı müqavilələrin notariat qaydasında təsdiq edilmiş surətləri və onların siyahısı;
- ərizənin verilmə tarixindən 12 ay əvvəl əsərlərdən və əlaqəli hüquqların obyektlərindən istifadəyə görə yığılan qonorarın və həmin qonorardan hüquq sahiblərinə ödənilmiş hissənin məbləğləri barədə məlumat;
- illik balans, illik hesabat və təşkilatın fəaliyyətinin audit yoxlanması haqqında məlumat;
- son üç ildə bölünməmiş və ya ödənilməmiş qonorarın məbləği və bu qonorarın bölünməməsinin və ya ödənilməməsinin səbəbləri barədə məlumat;
- xarici analoji təşkilatlarla qarşılıqlı təmsilçilik barədə müqavilələr üzrə yığılan qonorarın məbləği və həmin qonorardan hüquq sahiblərinə ödənilmiş, yaxud ödənilməli olan məbləğ barədə məlumat;
- əsərlərdən və ya əlaqəli hüquqların obyektlərindən istifadəyə görə təşkilata təmsilçilik səlahiyyəti verməmiş hüquq sahibləri üçün yığılan qonorarın məbləği barədə məlumat və həmin hüquq sahiblərinin siyahısı;
- qorunma müddəti bitmiş əsərlərdən və əlaqəli hüquqların obyektlərindən istifadəyə görə yığılan qonorarın məbləği barədə məlumat;
- qonorarın yığılması, bölüşdürülməsi və ödənilməsi ilə əlaqədar təşkilatın çəkdiyi xərclərin ödənilməsi üçün yığılan qonorardan ayırmaların məbləği və bunun hüquqi əsasları, həmçinin təşkilat tərəfindən yaradılan xüsusi fondlara yönəldilən vəsaitlər barədə məlumatlar.
Akkreditasiya üçün təqdim olunmuş sənədlər Azərbaycan dilində olmalı və ya həmin sənədlərin Azərbaycan dilinə tərcüməsi notariat qaydasında təsdiq edilməlidir. Ərizəçi akkreditasiya üçün təqdim edilmiş məlumatların doğruluğuna məsuliyyət daşıyır. Ərizəyə Agentliyə daxil olduğu gündən sonra ən geci 30 iş günü müddətində baxılır. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə 10 iş günü müddətində yazılı bildiriş göndərilir. Bu müddət ərzində ərizəçiyə bildiriş göndərilməzsə, sənədlər Komissiyada baxılmaq üçün qəbul edilmiş hesab olunur.
Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sənədlərə 5 iş günü müddətindən gec olmayaraq yenidən baxılır, ərizənin surəti (əlavə edilən sənədlərlə birlikdə) rəsmi qaydada Komissiyanın üzvlərinə göndərilir və Agentliyin internet saytında yerləşdirilir. Çatışmazlıqlar, nöqsanlar və ya imtina aşkar edilmədikdə, 15 iş günü müddətində Komissiya təşkilatın akkreditasiya olunması barədə qərar qəbul edir və Agentliyin əmri ilə rəsmiləşdirilir. Təşkilatın akkreditasiyası barədə Agentliyin əmrinin surəti 2 iş günü müddətində ərizəçiyə təqdim olunur və ya poçtla göndərilir. Akkreditasiyadan keçmiş təşkilat, qanunvericiliklə müəyyən edilmiş qaydada təşkilatın təmsil etdiyi hüquq sahibləri, təşkilata verilmiş hüquqların əhatə dairəsi, kollektiv əsasda idarəetmə üçün alınan əsərlər və əlaqəli hüquqların obyektləri barədə məlumatlar Agentliyin internet saytında yerləşdirilir və digər kütləvi informasiya vasitələri ilə yayılır.
Təşkilatın akkreditasiyasından aşağıdakı hallarda imtina edilir:
- akkreditasiya üçün tələb olunan sənədlər tam təqdim edilmədikdə;
- təqdim edilmiş sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda;
- müvafiq səlahiyyətli orqanlar tərəfindən təşkilatın fəaliyyətində ciddi nöqsanların aşkar edilməsi barədə Komissiyaya rəsmi məlumat daxil olduqda.
Akkreditasiyadan imtina barədə Komissiya müvafiq qərar qəbul edir. Komissiyanın qərarından çıxarış 2 iş günü müddətindən gec olmayaraq, ərizəçiyə göndərilir və ya Agentlikdə ərizəçiyə, yaxud onun səlahiyyətli nümayəndəsinə təqdim edilir. Akkreditasiyadan imtina edilmiş təşkilat qanunvericiliklə müəyyən edilmiş qaydada akkreditasiya üçün Agentliyə təkrar müraciət edə bilər.
Təşkilatın akkreditasiyası Agentlik tərəfindən aşağıdakı hallarda ləğv edilir:
- yol verilmiş hüquq pozuntularının aradan qaldırılması barədə Agentliyin yazılı tələbləri icra edilmədikdə;
- təşkilat akkreditasiyadan könüllü imtina barədə Komissiyaya rəsmi müraciət etdikdə;
- akkreditasiya olunmaq üçün təşkilat tərəfindən təqdim edilmiş sənədlərdə faktların (məlumatların) bilərəkdən təhrif olunduğu və ya həqiqətə uyğun olmadığı aşkar edildikdə.
Akkreditasiyası ləğv edilmiş təşkilat nəzərdə tutulan funksiya və vəzifələri yerinə yetirə bilməz, lakin akkreditasiyanın ləğv edilməsi barədə qərarın qəbul edildiyi tarixədək üzərinə götürdüyü öhdəliklərin tam yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Təşkilatın akkreditasiyasının ləğv edilməsi barədə məlumat Agentliyin internet saytında yerləşdirilir və kütləvi informasiya vasitələri ilə yayılır. Akkreditasiya müddəti uzadılmadıqda və ya təşkilat ləğv edildikdə, onun akkreditasiyası bitmiş hesab olunur. Komissiyanın akkreditasiya ilə bağlı qərarlarından qüvvədə olan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.

579