Bu gün avtomobilsiz keçinə bilərikmi?
Lent.az-ın xəbərinə görə, əhali bu gün şəxsi avtomobillərdən imtina edir, velosiped və ictimai nəqliyyata üstünlük verir.
Bir anlıq təsəvvür edək. Belə bir tədbir Bakıda, Sumqayıtda və Gəncədə keçirilsə necə olar?
Yol hərəkəti qaydaları və sürücülük mədəniyyəti bizdən çox da fərqlənməyən Rusiyada bu tədbir çox böyük effekt vermir. Halbuki bu gün əlavə olaraq minədək avtobus və trolleybus reysə çıxıb. Sürücülər bu çağırışı ciddiyə almırlar. Buna səbəb isə yenə də ictimai nəqliyyatın işinin qeyri-qənaətbəxş olmasıdır.
Əminliklə demək olar ki, belə kampaniyaya çox sayda sürücü qoşularsa Bakıda həyat iflic olar. İlk dərs günündəki vəziyyəti hamı yaxşı xatırlayır. Hazırda da vəziyyət çox dəyişməyib. Məktəblər açılandan sonra sərnişinlər səhər işə çox vaxt avtobusdan sallanaraq gedirlər. Halbuki belə bir vəziyyət 8 ay sonra “Eurovision”a ev sahibliyi edəcək şəhərə yaraşmır. Avtomobilsiz dünya gününün bizdə də uğurlu keçməsinin əsas şərti ictimai nəqliyyatın normal işləməsidir.
Ötən qışda İstanbula güclü qar yağdığı üçün şəhər meri əhalini şəxsi avtomobillərdən istifadə etməməyə çağırdı. Bu çağırışın ertəsi günü şəhər sanki boşalmışdı. Küçələrdə ancaq tramvay və avtobuslar gözə dəyirdi. Halbuki türk dünyasının ən böyük şəhərində gündə 7 milyondan çox avtomobil yola çıxır.
Avtomobilsiz dünya gününün tarixi 50-ci illərə gedib çıxır. 1956-cı ildə Süveyş böhranından sonra bir çox dövlət yanacağa qənaət üçün ciddi tədbirlər gördü. 1956-57-ci illərdə Belçika, Niderland və İsveçrədə “avtomobilsiz bazar günləri” tətbiq edildi. 1973-cü il böhranında da bu qayda təkrar edildi.
1996-cı ilin iyununda Reykyavikdə bu məsələ barədə rəsmi qərar verildi. Dövlət adamları əhalini həvəsləndirmək üçün ictimai nəqliyyatdan və velosipeddən istifadə etdilər.
2005-ci ildə isə bu hərəkata dünyanın 2500-dən çox şəhəri qoşuldu. Qoşulanlar arasında Avropa və Amerika üstünlük təşkil edir. Afrika və Asiya (yaponlar xaric) hələlik bu hərəkata qoşulmaq niyyətində deyil.
Bəzi Avropa ölkələri həvəsləndirici tədbirlər də həyata keçirir. Məsələn, Almaniya və Belçikada bəzi şəhərlərdə nəqliyyat pulsuz işləyir. Fransada isə 1 avroluq (adi günlərdə 1 gediş 1.5 avrodur) bilet alaraq bütün gün hərəkət etmək olar. Bir çox şəhərlərdə isə mərkəzi hissələrə avtomobil girişi qadağan edilir.
Statistikaya görə, avtomobilsiz dünya günü keçirilərkən şəhərdə səs küy və ekoloji çirklənmə 50%-dək azalır. Bunun da insan həyatı üçün nə qədər önəmli olduğunu hər kəs bilir.
Sözardı
İnsanları ictimai nəqliyyata həvəsləndirmək üçün onun işini düzgün təşkil etmək lazımdır. Aktiv həyat tərzini bütün normal insanlar təqdir edir. İctimai nəqliyyat da sağlam həyat tərzinin bir parçası hesab edilir. Lakin dekabrda metrodan və ya avtobusdan tərli halda soyuq havaya çıxmağın son nəticəsi bir neçə ildən sonra ortaya çıxır. Bu nəticə təəssüf ki, ürəkaçan olmur (avtomobilə verə bilmədiyimiz bir neçə min manat sonradan həkimlərə xərclənir).
Vüqar Yaşaroğlu

564