Oxumaq ehtirası, yaxud çadırda kitab yarmarkası – REPORTAJ
Bu yarmarkanı başqalarından fərqli qılan bir çox cəhət var:
1) Adı - Bukinist yarmarkası;
2) Keçirildiyi məkan – açıq havada qurulan çadırlar;
3) Təşkilatçısı - İstanbulun Bəyoğlu bələdiyyəsi;
4) Yarmarkada iştirak edən bukinist mağazalarından kirayə haqqı alınmaması;
5) Builki yarmarkaya marağın çox yüksək səviyyədə olması - əcnəbilərin yarmarkanı didik-etmələri və s.
Bəyoğlu bələdiyyəsinin təşkil etdiyi bukinist yarmarkası müasir üsul-idarədə yerli özünüidarəetmə orqanlarının rol və funksiyalarının önəmini göstərən çox önəmli örnəkdir. Daha əvvəl Takismdə təşkil edilən bu yarmarkanın bu il Bəyoğlunun mərkəzinə çəkilməsinin rəmzi mənası da var: qabaqlar elə buradaca - TRT-nin binasının altında Türkiyənin ən böyük kitab və sənət yarmarkası açılırdı. O yarmarkanı təşkil edən özəl firma 10 əvvəl il buradakı son yarmarkasını açaraq, mərkəzdən uzaq bir yerə köçdü və hər il öz həcmini daha da böyütdü. Bələdiyyə o yerin üstündə avtopark düzəltdi - bu il həmin avtopark 2 həftəliyinə bukinist kitab yarmarkasının ixtiyarına verildi; bələdiyyə avtoparkın 2 həftəlik gəlirindən məhrum oldu, bundan başqa, bukinist yarmarkasında iştirak edən təxminən 100 mağazadan da kirayə almamağı qərarlaşdırdı. Yarmarkada iştirak edən mağaza sahiblərini həm kirayə verməmələri, həm də bələdiyyənin xidmətləri çox məmnun edib. Kitabsevənlərin göstərdiyi marağı nəzərə alan Bəyoğlu bələdiyyəsi onun müddətini bir həftə uzadıb: 6-18 sentyabrda keçirilməsi nəzərdə tutulan yarmarka 25 sentyabra qədər açıq olacaq.
Maraq - bəli, yarmarkanı hər gün və günün istənilən saatında (11.00-23.00 saatları arasında açıqdır) gəzərkən, hamıdan çox orta məktəb şagirdləri və universitet tələbələrinin köhnə kitab, qəzet, jurnal, plastinkaların arasında “eşələnmələrini” , kitab-qəzet qalaqlarının tozunu udmalarını, istədiklərini tapandan sonra yaşadıqları sevinc və məmnuniyyəti görməyə dəyər. Mağaza sahiblərinin peşəkarlığı, axtarılan kitabların əksəriyyətinin mağazadakı “varlığı və ya yoxluğu” barədə bilgisayara belə baxmadan dəqiq şəkildə cavab vermələri, müştəriləri istiqamətləndirmə qabiliyyətləri, axtarıldığı anda tapılmayan kitabın sifariş vasitəsi ilə gətirdilə bilməsi kitabsevənləri yarmarkaya çəkən önəmli faktorlardır. Yarmarkadakı ən böyük bukinist mağazalarından birinin sahibi Bengü Yenice ilə söhbətimiz oradakı durumu göstərmək nöqteyi-nəzərindən önəmlidir: “Builki yarmarka çox yaxşı keçir. Bu iş atamızdan qalıb, biz də davam etdirməyə çalışırıq. Gənclərin bu yarmarkaya marağı inanılmaz dərəcədədir. Ölkəmizin müəyyən təbəqəsinin kitaba maraq göstərmədiyini bilirik - ancaq bu yarmarkada köhnə kitablara göstərilən maraq bizi çox razı salır. Əcnəbi turistlərin yarmarkaya göstərdikləri marağı xüsusi vurğulamaq istərdim. Onlar həm Türkcə, həm də əcnəbi dillərdəki kitabları alırlar. Bu, bələdiyyənin keçirdiyi ən yaxşı tədbirdir - müddətin uzadılması bizi daha çox məmnun etdi. Bələdiyyə başqanı bu tədbirə hər cür dəstəyi verir. Keçən il Taksimdə idi - bu il buraya gətirdilər və maraq inanılmaz dərəcədə artdı. Bukinist mağazalarının kitablardan gəliri yeni kitablar satan mağazalar qədər çox olmadığından bələdiyyənin kirayə almaması bizə böyük dəstək oldu. Bizim mağazamız Bəyazıddadır. Burada hər gün təxminən 600 kitab satırıq. Bəzən müştərilərə kitab çatdıra bilmirik - hər gün bir neçə dəfə mağazamızdan buraya kitab gətirirk”.
Yarmarkadakı qiymətlərə gəlincə: köhnə fotolara standart qiymət qoyulub - 1 TL. Kitabların qiyməti 3 ilə 15 TL arasındadır ki, kitaba olan azacıq marağıma görə, bunun da çox yaxşı olduğunu deyə bilərəm. Lap köhnə kitab komplektlərinin qiyməti isə 150 TL-ni keçmir. Qiymət məsələsində mağaza sahibləri elastiki davranırlar - razılıq əldə etmək çətin olmur.
Bukinist yarmarkasını Türkiyənin elitar təbəqəsindən olan kolleksiyaçılar üçün keçirilən antikvar hərraclarından fərqləndirən əsas cəhətlərdən biri – qiymətlərin münasib olmasıdır (əlbəttə, bu tipli kitab yarmarkalarında bahalı əlyazmaların və ya nadir kitabların satışa çıxarılmasından söhbət gedə bilməz).
Son illərdə, xüsusilə bələdiyyələrin dəstəyi ilə İstanbul, İzmir, Ankaradan başqa, Bursa, Adana, Trabzon, Konya və. b. şəhərlərdə açılan kitab yarmarkaları ənənəvi hal almağa başladı ki, bu da ilk növbədə, cəmiyyətin kitaba olan marağını artırmaqla birlikdə, yerli özünüidarə orqanlarının xalqla olan ünsiyyətini daha da sıxlaşdırmaqdadır. Demokratiyanın dərinləşməsinin başlıca şərtlərindən ikisi elə bu deyilmi? Xalqın oxuma səviyyəsinin yüksəlməsi və mərkəzi hakimiyyətin funksiyalarının yerli orqanlara daha çox paylanması.
İnanın ki, bukinist yarmarkasını açan Bəyoğlu bələdiyyəsinin xalqa etdiyi bu yaxşılığı Təhsil Nazirliyi qətiyyən edə bilməzdi. Bukinist yarmarkasına gedən xarici işlər naziri Əhməd Davudoğluna “Öncü gençlik” adlı təşkilat üzvlərinin “Buradan gedin, çap edilməmiş kitabları toplatdıran sizi burada istəmirik. Silivri zindanlarında çürütdüyünüz yazarları tanıyırıq” - sözləriylə etiraz etmələri də, Davudoğlunun onlara cavab vermədən yarmarkanı gəzməyə davam etməsi də, bir qadının etirazçılara müraciətlə “Siz sevmirsiniz, ancaq biz sevirik. Siz buradan gedin”- sözləriylə etiraz etməsi də demokratiyanın nemətlərindəndir.
Yarmarkaya getmək vaxtım gəldi - sizin də qabağınıza yaxşı kitablar çıxması diləyimlə...
Mais Əlizadə

732