Şəhər yerlərində dərsdən yayınanlar 2,5, kənd yerlərində 2,2 faiz təşkil edir - STATİSTİKA
05 sentyabr 2011 15:45 (UTC +04:00)

Şəhər yerlərində dərsdən yayınanlar 2,5, kənd yerlərində 2,2 faiz təşkil edir - STATİSTİKA

DSK-dən APA-ya verilən məlumata görə, məktəb yaşlı uşaqların təhsildən yayınma hallarının səbəblərini araşdırmaq məqsədilə keçirilən statistik müayinə ölkə ərazisində 18750 ev təsərrüfatını əhatə edib. Müayinə zamanı 6-17 yaşlı 30920 nəfər uşaq sorğu olunub, onların 55 faizini oğlanlar, 45 faizini qızlar təşkil edib. Sorğu olunanların 56,7 faizi şəhər, 43,3 faizi isə kənd yerlərinin sakinləridir.

Sorğunun nəticələrində görə, şəhər yerlərində məktəbdən yayınanlar 2,5 faiz, kənd yerlərində isə 2,2 faiz təşkil edib. Ümumtəhsil məktəblərində oxuyan və müxtəlif səbəblərdən təhsildən yayınan uşaqların 57,5 faizi oğlanlar, 42,5 faizi qızlardır. Şəhər yerlərində bu göstərici müvafiq olaraq 62,6-37,4 faiz, kənd yerlərində isə oğlan və qızların xüsusi çəkisi təxminən bərabər olub. Məktəbdən yayınma halları əsasən yuxarı yaşlı uşaqlar arasında qeydə alınıb. Onların 55,3 faizi 15-17, 24,6 faizi isə 12-14 olanlardır. Şagirdlərin 49,8 faizi 1 ayadək, 10,4 faizi 1 aydan 3 ayadək, 11 faizi 3 aydan 6 ayadək, 14,7 faizi 6 aydan 1 ilədək, 14,1 faizi isə 1 il və yuxarı müddətdə məktəbə getməyiblər.

Uşaqların 43,6 faizi xəstəlik, 13,9 faizi valideynlərinin icazə verməməsi, 7,9 faizi pul qazanıb gələcəklərini qurmaq istədikləri, 6,4 faizi valideynlərinin təhsil üçün lazımi ləvazimatların almasına imkanları olmadığı, 28,2 faizi isə digər səbəblərindən
məktəbdən yayınıb. Pul qazanıb gələcəyini qurmaq istəyən uşaqların 92,5 faizi oğlanlar, valideynlərinin icazə verməməsi səbəbindən məktəbdən yayınan uşaqların 81,9 faizi
qızlardır. Ümumtəhsil məktəblərində oxuyan və valideynlərinin icazə verməməsi və ya pul qazanıb gələcəklərini qurmaq istədikləri səbəbindən məktəbdən yayınanlar əsasən 15-17 yaşlı uşaqlardır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 723

Oxşar yazılar