Cinayətlərin böyük əksəriyyəti vətəndaşların fəal iştirakı ilə açılır - REPLİKA
Son illər daxili işlər orqanlarında uğurla həyata keçirilən islahatların və struktur dəyişikliklərin əsas istiqamətlərindən biri məhz cinayətlərin qarşısının vaxtında alınması, onları doğuran səbəblərin öyrənilib aradan qaldırılması, bu sahədə mövcud olan problemlərin həllidir. Profilaktik işin ən effektli yollarından biri isə polisin əhali ilə sıx təmasda və cəmiyyətin içində olması, onun fəal təbəqəsi ilə birgə insanlara yardım göstərməsi, məqsədyönlü və sistemli şəkildə əhali arasında maarifləndirmə tədbirləri keçirməsidir.
Polisin cəmiyyətdə nüfuzunun yüksəldilməsi, qanun keşikçiləri ilə vətəndaşlar arasında münasibətlərin daha da yaxşılaşdırılması məqsədilə 2009-cu ildə daxili işlər orqanlarında «polis sahə rəisi» vəzifəsi təsis edilib. Polis-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qaldırılması, xidməti fəaliyyətdə vətəndaşların daha ciddi dəstəyini almaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısına əlavə edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 12 may 2009-cu il tarixli Fərmanına əsasən, polis sahə rəislərinə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti verilib. Bununla paralel şəkildə hər bir polis sahə rəisinin yanında İctimai Şuraların yaradılmasına başlanılıb. Onların tərkibinə inzibati sahədə yerləşən dövlət, yerli idarəetmə, qeyri-hökumət təşkilatlarının və müəssisələrinin nümayəndələri, yaşayış yeri üzrə nüfuzlu şəxslər, o cümlədən 18 yaşı tamam olmuş digər vətəndaşlar daxil edilir. Şura üzvləri gündəlik həyata keçirilən ümumi və fərdi profilaktika tədbirlərində iştirak edir, əvvəllər məhkum olunmuşlar, münaqişəli ailələr və digər risk qruplarına aid şəxslər ətrafında iş aparırlar.
Təhlil və keçirilən sorğular da göstərir ki, sahə rəislərinin və ictimai şuraların fəaliyyəti əhali tərəfindən rəğbətlə qarşılanır. Ümumilikdə daxili işlər orqanları ilə vətəndaşlar arasında əlaqələrin, inamın və etimadın möhkəmlənməsinə, polisin fəaliyyətində şəffaflığın təmin olunmasına, həmçinin inzibati sahənin problemlərinin aradan qaldırılmasına müsbət təsir göstərir. Təsadüfi deyil ki, son bir ildə müxtəlif məsələlərlə bağlı polis sahə məntəqələrinə müraciət edən vətəndaşların sayı ötən illərlə müqayisədə 52 faiz artıb, ailə-məişət zəminində baş verən münaqişələrin hiss olunan dərəcədə azalması müşahidə edilib. İctimai Şura üzvləri tərəfindən çətin tərbiyə olunan uşaqların islah edilməsi, övladlarına qarşı nəzarətsizliyə və baxımsızlığa yol verən valideynlərlə profilaktik söhbətlərin aparılması, təhsil müəssisələrində yetkinlik yaşına çatmayanlarla müxtəlif mövzuda tədbirlərin təşkili, narkomaniyanın və alkoqolizmin profilaktikası inzibati sahədə hüquq qaydasının təmini üzrə vəziyyətin nəzarətdə saxlanılmasına imkan yaradıb.
Lakin təəssüflər olsun ki, çağdaş tariximizin xaos və anarxiya dövrünün “yadigarları”, aralarında DİO-dan mənfi motivlərlə xaric edilən, lakin vaxtilə qulluq etdikləri, necə deyərlər, çörəyini yedikləri polis orqanlarının ünvanına hər fürsət düşdüyü zaman çamur atmağı, böhtan yazmağı unutmayan, özlərini «müstəqil ekspert»lər kimi sırıyan bəzi şəxslər təmsil etdikləri keçmişlə indiki dövr arasında ilişib qaldıqlarından İctimai uralar barədə danışarkən tamamilə məntiqsiz, baş-ayaq fikirlər səsləndirir, dünya təcrübəsində özünü doğrultmuş, səmərəli bir üsulu sovet dövrünün, kommunist ideologiyasının qalığı olan «xalq drujinaları» ilə eyniləşdirməyə və gözdən salmağa çalışırlar. Belə dırnaqarası ekspertlər bu məsələdə də qeyri-obyektivliklərini və aşkar qərəzkarlıqlarını gizlədə bilməyərək özlərini cəmiyyətin barometri rolunda görərək vətəndaşların guya polisə etimad göstərmədiyindən dəm vurur və görücü qismində çıxış edərək kiminsə könüllü olaraq polisə yardım etməsinin inandırıcı olmadığını bildirirlər.
Dünya təcrübəsindən və hüquqdan keçmiş həmkarlarına dərs keçməyə çalışan belə başabəla ekspertlər reallıqdan və faktlardan çıxış etmək əvəzinə, ehtimallara və gümanlara əsaslanırlar. Özünü təcrübəli ekspert kimi təqdim edən birisi “bizdə hansı vətəndaşı görmüsünüz ki, istər cinayətlərin açılmasında, baş verə biləcək cinayətlərin qarşısının alınmasında, istər ictimai asayişin qorunmasında polisə yaxından köməklik etsin?» kimi həqiqətdən uzaq, qərəzli fikirləri söyləyərkən, görəsən, iyunun 9-da Bakıda ATƏT-in Bakı Ofisinin təşkil etdiyi «Cəmiyyət dəstəkli polis» layihəsinə dair beynəlxalq konfransda səslənən, onun yalanını üzə çıxaran tutarlı faktları niyə dilinə gətirmir? Həmin tədbirdə son illər ərzində 4 minədək sayılıb-seçilən, nüfuzlu vətəndaşın İctimai Şuralara üzv olduğu bildirilmişdi. Əgər iddia olunduğu kimi, vətəndaşlar tərəfindən polisə qarşı hər hansı inamsızlıq mövcud idisə, o zaman cəmiyyətin ən müxtəlif təbəqələrini əhatə edən təqribən 4 min insanı onun məntiqi ilə zorlamı İctimai Şuralara üzv ediblər? Aydın məsələdir ki, həmin şəxslər könüllü olaraq adı çəkilən qurumlara üzv olub və məhz onların da gərgin fəaliyyəti sayəsində xüsusən ailə-məişət münaqişəsi zəminində baş vermiş cinayətlərin sayı xeyli azalıb, risk kateqoriyasına daxil olan qruplar arasında böyük profilaktiki iş aparılıb.
Eyni zamanda, xüsusi qeyd etmək lazımdır ki, baş verən cinayətlərin böyük əksəriyyəti məhz ictimaiyyətin yaxından köməyi ilə açılır. Məsələn, son 2 ildə və cari ilin ötən dövründə qeyri-aşkar şəraitdə törədilmiş və açılmış cinayətlərin statistikasına nəzər salaq: 2009-cu ildə açılmış 6.120 qeyri-aşkar şəraitdə törədilmiş cinayətin 5.232-i (85,5 faizi), 2010-cu ildə bu qəbildən olan 6.330 cinayətin 5.489-u (86,7 faizi) və cari ilin 5 ayında isə 2.549 cinayətin 2.103-ü (82,5 faizi) bilavasitə ictimaiyyətin, polislə əməkdaşlıq edən vətəndaşların yaxından köməyi və iştirakı ilə açılıb. Yeri gəlmişkən qeyd edək ki, vətəndaşların köməyi ilə qeyri-aşkar şəraitdə törədilmiş cinayətlərin açılma göstəricisi bundan əvvəlki illərdə heç vaxt 70 faizdən yüksək olmamışdı.
Fürsətdən istifadə edərək sabitliyin qorunub saxlanılmasında, ictimai asayişin təminində, cinayətlərin qarşısının alınmasında və açılmasında polisə dəstək olan vətəndaşlarımıza bir daha minnətdarlığımızı bildiririk. Tam əminliklə demək olar ki, daxili işlər orqanlarının son illər ərzində cinayətkarlıqla mübarizədə və ictimai asayişin təmini sahələrində əldə etdiyi bütün uğurlarda onların yaxından iştirakı, fəal dəstəyi şübhəsiz ki, həlledici rol oynayıb. Bunun əksini iddia etmək isə özlərindən müştəbeh “ekspert”lərin hansı “dərin” savada və təcrübəyə malik olmalarının əyani göstəricisidir.
Sadiq Gözəlov
DİN Mətbuat Xidmətinin rəisi,
polis polkovniki

529